İnvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Yenicag.az həmin məlumatı təqdim edir:
EUR
Avrozona iqtisadiyyatı ilə bağlı fundamental göstəricilərin yaxşı açıqlanması, avronun 1.13$-a kimi bahalaşmasına səbəb olub. Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də ucuzlaşması, EUR/USD məzənnəsinə dəstək olmaqdadır və 1.14$-a kimi bahalaşacağı proqnozlaşdırılır.
Bununla yanaşı, çərşənbə axşamı Bakı vaxtı ilə saat 14:00-da açıqlanacaq Avrozona iqtisadiyyatına dair gələcək gözləntiləri ölçən indeks və çərşənbə günü saat 22:30-da açıqlanacaq Amerika Mərkəzi Bankının mətbuat konfransı da diqqət mərkəzində saxlanılmalıdır.
GBP
GBP/USD məzənnəsi isə bu həftənin çərşənbə günü Breksit sazişinin üçüncü dəfə İngiltərə parlamentində səsverməyə çıxarılması fonunda 1.33$ ətrafında dalğalanmaqdadır. Təhlillərə əsasən, cari həftə ərzində GBP/USD məzənnəsi 1.33$-ın üzərində möhkəmlənərsə, 1.35$-a kimi də bahalaşa bilər.
TRY
Türkiyə valyuta birjalarında isə dolların qiyməti 5.45TL-ın üzərində ticarət edilməkdədir və 5.46TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.49TL-yə kimi də bahalaşa bilər.
OIL
Avropanın Brent markalı neftinin qiyməti bahalaşaraq, 67$-a ticarət edilməkdədir və 67.35$-ın üzərində möhkəmlənərsə, 68.34$-a kimi də dəyər qazana bilər.
Bu həftənin çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında qızıl qiymətləri 1300$-a (41.8 $/qram) ticarət edilməkdədir və təhlillərə əsasən, tələbin daha da artması, bir unsiya üzrə qiymət 1321$-a (42.5 $/qram) kimi dəyər qazana bilər.