“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Yenicag.az həmin məlumatı təqdim edir:

EUR

Avropa mərkəzi bankının cümə axşamı faiz qərarı və gələcək siyasətinə dair edəcək yeni açıqlamaları öncəsi EUR/USD 1.12$-a ticarət edilməkdədir. Bankın faizlərində dəyişiklik edəcəyi gözlənilməsə də, iqtisadiyyata dəstək olmaq üçün yeni pul-kredit siyasəti strategiyası açıqlaya bilər. İyun ayının əvvəlində bu haqda danışan sədr, bazarlarda böyük ümidlər yaradıb. Dünya birjalarında avronun 1.14$-a kimi bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır.

GBP

GBP/USD məzənnəsi isə 1.24$-da dəstək görərək, 1.25$-a kimi bahalaşıb və 1.26$-a kimi də bahalaşa bilər. Lakin çərşənbə axşamı İngiltərədə mühafizəkarlar partiyasının yeni sədri seçildikdən sonra birbaşa baş nazir səlahiyyətlərinə də sahiblənmiş olacaq. Boris Consonun seçilməsi ehtimalları yüksək olduğu üçün sərt Breksit tərəfdarı kimi ölkədə siyasi və iqtisadi risklərin artmasına da səbəb olacağı ehtimalları yüksəkdir. Digər tərəfdən ölkə parlamenti qəbul edəcək yeni qanunlarla sərt Breksitin də qarşısını almağa çalışır.

TRY

Türkiyə ilə Avropa arasında da siyasi gərginliyin artması ehtimalları, USD/TRY məzənnəsi üçün rəskləri daha artırıb. Beləliklə, məzənnə cümə gününün dəstək səviyyəsi (5.60TL) üzərində qaldıqca, 5.72 və 5.80TL-yə kimi bahalaşa bilər.

Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 15:00-da TCMB-nin yayımlayacağı yeni faiz qərarı da investorların diqqət mərkəzindədir. Faizlərin azaldılması proqnozlaşdırılır.

OIL

Beynəlxalq enerji birjalarında Avropanın Brent nefti keçən həftə ərzində 61$-a kimi 9% ucuzlaşdıqdan sonra yenidən dəyər qazanmağa başlayıb. Beləliklə, 63$-ın üzərində təklif edilən bir barel üzrə qiymət, yenidən 66$-a kimi dəyər qazana bilər.

Çərşənbə günü saat 18:30-da açıqlanacaq Amerikanın neft və benzin ehtiyatları ilə bağlı önəmli fundamental məlumatların da qiymətlərə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Beynəlxalq birjalarda inkişaf etmiş ölkələrdə mərkəzi bank faizlərinin azaldılması və dolların ucuzlaşması ehtimalları, əlvan metallar bazarlarında qızılın keçən həftə ərzində 1453$-a (45.3 $/qram) kimi dəyər qazanmasına səbəb olub. Bundan sonra korreksiya edən bir unsiya üzrə qiymətin, yenidən 1453 və 1464$-a (45.3 $/qram) kimi bahalaşması proqnozlaşdırılır.