“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik ANALİZ

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Yenicag.az həmin məlumatı təqdim edir:

EUR

Beynəlxalq valyuta birjalarında avronun qiyməti 1.13$-a ticarət edilir və uzun müddətli perspektivdə qiymət 1.14$-ın altında qaldıqca, 1.12$-a kimi də ucuzlaşa bilər. Avropa Birliyi ilə İngiltərə höküməti arasında Breksit danışıqları qeyri-müəyyənliyi əsas təzyiq edən amillər arasındadır.

Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 17:30 və cümə günü saat 14:00-da müvafiq olaraq açıqlanacaq Amerikanın iqtisadi inkişaf və Avrozonanın inflyasiya ilə bağlı önəmli fundamental məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır.

GBP

GBP/USD məzənnəsi də 1.28$-a təklif edilməkdədir və 1.29$-ın altında qaldıqca, 1.27$-a kimi də dəyər itirə bilər. Gələcək günlərdə AB ilə İngiltərə höküməti arasında razılaşdırılan Breksit müqaviləsinin hər iki parlamentlərdə də qəbul edilməsi, əsas rol oynayacaqdır.

TRY

Türkiyə maliyyə bazarlarında USD/TRY məzənnəsi 5.26TL-yə kimi ucuzlaşdıqdan sonra bahalaşmağa başlayıb. Texniki təhlillərə əsasən, məzənnə 5.31TL-ni də yuxarı istiqamətdə qırarsa, bahalaşma 5.44TL-yə kimi də sürətlənə bilər.

OIL

Avropanın Brent markalı neftinin bir barel qiyməti 60$-a ticarət edilməkdədir. Qiymət 58$-ı da aşağı istiqamətdə qırarsa, ucuzlaşma 55$-a kimi də davam edə bilər.

Bu həftənin çərşənbə günü saat 19:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı statistik məlumatların da qiymətə güclü təsir edəcəyi gözlənilir.

GOLD

Dünyada dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşması, əlvan metallar bazarlarında da qızılın ucuzlaşmasına səbəb olub. 1218$ (39.2 $/qram) da aşağı istiqamətdə qırılarsa, ucuzlaşma 1207$-a (38.8 $/qram) kimi də dəinləşə bilər.