“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı HƏFTƏLİK ANALİZ

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Yenicag.az həmin məlumatı təqdim edir:

EUR.

Avrozona üzrə risklərin artması, EURUSD məzənnəsinin 1.19$-da müqavimətlə rastlaşmasına və ucuzlaşma ehtimallının güclənməsinə səbəb olmuşdur.

Təhlillərə əsasən, avro 1.19$-ın altında qalarsa, 1.16$-a kimi ucuzlaşa bilər.

GBP.

İngiltərədə çərşənbə günü Bakı vaxtı ilə saat 10:00-da dərc ediləcək inflyasiyaya dair önəmli fundamental göstəricilər öncəsi GBPUSD məzənnəsi də 1.39$-da müqavimətlə rastlaşıb.

Beləliklə, funt sterlinq sözügedən səviyyənin altında qaldıqca, 1.36$-a kimi ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır.

TRY.

USDTRY məzənnəsi son bir aydır təqribən 8.60 – 8.70 aralığında dalğalanmaqdadır. Burada trendin müşahidə edilməməsi isə investorların çərşənbə günü saat 15:00-da açıqlanacaq TCMB-nin faiz qərarını gözləmələri ilə əlaqədardır.

OIL.

Enerji birjalarında Avropanın Brent neftinin qiymətində korreksiya müşahidə edilir və bu, qlobal iqtisadi risklərin artması ilə əlaqədardır. Lakin yenidən 72$-ın üzərində dəstək görərək, dəyər qazanan bir barel üzrə qiymət 76$-ı qırarsa, 82$-a çata bilər.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD.

Əlvan metallar bazarlarında FED-in istiqraz alışı proqramını vaxtından tez dayandıracağı ehtimalları, qızılın 1800$-ın (57.9 $/qram) üzərində müqavimətlə rastlaşmasına səbəb olur. 1797$-ın (57.8 $/qram) qırılması ilə ucuzlaşma 1775$-a (57.1 $/qram) kimi davam edə bilər.