Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı HƏFTƏLİK ANALİZ

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR.

FED sədrinin cümə günü çıxışından sonra EURUSD məzənnəsi yenidən bahalaşmağa başlayıb. ABŞ-da yüksək inflyasiya təchizat zəncirində ciddi problemlərlə əlaqədar olduğu üçün bunu monetar siyasətlə həll etmək mümkün deyildir və beləliklə, faiz artımına da gedilməyəcəkdir.

Təhlillərə əsasən, avro 1.18$-ın üzərinə kimi bahalaşa bilər. Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 16:30-da baş tutacaq Avropa Mərkəzi Bankının önəmli mətbuat konfransı və cümə günü saat 13:00-da açıqlanacaq inflyasiya da diqqət mərkəzindədir.

GBP.

GBPUSD də 1.37$-da dəstək görməyə başlayıb və 1.39$-a kimi bahalaşa bilər. Burada neft qiymətlərinin dəyər qazanması da önəmli rol oynayır.

TRY.

TCMB-nin faizini 16%-ə saldıqdan sonra lirə əlavə 7% ucuzlaşıb. Hazırda USDTRY məzənnəsi 9.80Tl-yə yaxın ticarət edilir və 10.30TL-yə kimi yüksələ bilər.

OIL.

Enerji birjalarında neftə olan tələbin artması ilə Brent nefti son 3 ilin maksimumunu yeniləməkdə davam edir. Beləliklə, 87$-ın qırılması ilə 94$-a kimi də dəyər qazanacağı proqnozlaşdırılır.

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.

GOLD.

Təchizat zəncirində vəziyyətin pisləşməsi, əmək bazarında yaxşılaşma proqnozlarının zəifləməsi və qışda infeksiyaların artması ehtimalları qızıla olan tələbi yenidən artırıb. 1814$-ın (58.3$/qram) qırılması ilə bir unsiya qiymət 1825$-a (58.7$/qram) kimi də dəyər qazana bilər.

www.yenicag.az

142
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100