Türkiyədə 2018-ci ildə qəbul edilmiş qanun dəyişikliyinə əsasən, vətəndaşlıq üçün tələb olunan 1 milyon dollar dəyərindəki investisiyanın məbləği 250 min dollara dək azadılıb.
Yenicag.az xəbər verir ki, sözügedən qanun dəyişikliyindən sonra Türkiyəyə investisiya qoymaq istəyənlərin sayı nəzərəçarpacaq dərəcədə artıb.
Statistik göstəricilərə görə, 2019-cu ilin Yanvar-oktyabr ayı ərzində Antalyada rekord sayda – 36 min 197 mənzil satışı həyata keçirilib.
Türkiyə Daşınmz Əmlak İnvestisiya Ortaqlığı Dərnəyinin üzvü, “Helmann Consturaction” İdarə Heyətinin sədri Salman Özgünün sözlərinə görə, turistlərin Antalyaya olan marağı gün-gündən artır.
Salman Özgün Türkiyədəki mövcud şərtlərin mənzil satışında canlanma yaratdığını qeyd etməklə yanaşı, investorların əksəriyyətinin bundan xəbərsiz olduğunu vurğulayıb:
“Türkiyəyə investisiya qoymaq daha cəlbedici hala gəlib. Bazarda əcnəbi təsiri hiss olunur. Daşınmaz əmlak alan adamın həyat yoldaşı və 18 yaşdan kişik övladlarına da vətəndaşlıq verilməsi invetisiya qoyuluşunu daha da stimullaşdırır”.