İnyeksiyadan şoka düşən qadın öldü

Hacıqabul sakini inyeksiyadan şoka düşərək vəfat edib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Rəhimova İlhamə Seyran qızına Hacıqabul rayon xəstəxanasında antibiotik inyeksiya edilib.

Nəticədə pasiyent anaflaktik şoka düşərək ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.