İsrail İordan çayının qərb sahilindəki Nablus şəhərində hərbi əməliyyat keçirib.
Yenicag.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində 9 fələstinli ölüb, 102 nəfər yaralanıb.
Fələstin Səhiyyə Nazirliyinin açıqlamasında yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu və bölgədəki xəstəxanalara çatdırıldığı qeyd edilib.
Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, İsrail qüvvələrinin silahlı müdaxiləsi nəticəsində 2 jurnalist də yaralanıb.
İsrail qüvvələrinin keçirdiyi əməliyyatlardan sonra bölgədə vəziyyətin gərgin olduğu deyilir.