İordaniya İrana XƏBƏRDARLIQ ETDİ

İordaniya İrana xəbərdarlıq edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb.

Bildirilir ki, İordaniya İranı Suriyadakı satellitlərinə (İranın siyasi və iqtisadi təsiri altında olan qruplaşmalar – red.) nəzarət etməyə çağırıb.

İordaniyada Suriya-İordaniya sərhədini qaçaqmalçılıq yolu ilə, o cümlədən silahlarla keçən 9 nəfər saxlanılıb. Saxlanılanların iranyönlü qrupların üzvləri olduğu qeyd edilir.

İordaniya hökumətinin sözçüsü İrana “Suriyadakı qruplaşmaların qaçaqmalçılıq əməliyyatlarını dayandırmağın” zəruriliyi barədə məlumat verib.

Xuraman Etibarlı