Reklam: High Technic
hightechnic

İordaniya Kralı: $100 milyard versələrdə Qüdsdən imtina etmərik

İordaniya kralı Abdullah II bin Hüseyn, ABŞ prezidenti Donald Trampın Qüds bəyannaməsini kəskin şəkildə tənqid edib.

Bu barədə Yenicag.az xarici KİV-inə istinadən xəbər verir.

“Əgər onlar hətta yüz milyard dollar versələr və bu pulları hesabımıza köçürsələrdə, onda da biz Qüdsdən imtina etmərik”, – deyə, kral bildirib.

Xatırladaq ki, dekabrın əvvəlində ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı elan etdiyini və orada Amerika səfirliyinin Tel Əvivdən köçürülməsi barədə sənəd imzaladı. Amerika liderinin bu qərarı İsraildə müsbət qəbul edildi və dünyanın bir çox dövlətləri arasında mənfi bir reaksiya yaratdı.

21 dekabrda BMT Baş Assambleyası, İsrailin paytaxtı olaraq Qüdsün statusu ilə əlaqədar ABŞ qərarının qəbul edilməməsi haqqında qərar qəbul etdi.

www.yenicag.az

2667