İordaniya parlamentinin spikeri Atef Taraune mayın 9-da Azərbaycana gələcək.
Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində onun Azərbaycanda bir sıra görüşləri planlaşdırılır.
İordaniyalı qonağın IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirakı da gözlənilir.
Səfər mayın 13-də başa çatacaq.
Yeniçağ.Az