!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İordaniyada dövlət çevrilişinə cəhd iddiası

!Reklam – Yazi

İordaniyanın paytaxtı Amman şəhərində kral ailəsinin üzvü Şərif Həsən bin Zayed və Kral II Abdullahın keçmiş müşaviri, keçmiş maliyyə naziri Bassam Avadalla həbs olunub.

Yenicag.az xarici mətbuata istinadla  xəbər verir ki, onların ölkədəki sabitliyə təhlükə yaradılması səbəbindən saxlanıldığı bildirilib.

Məlumatda daha bir neçə nəfərin təhlükəsizlik səbəbi ilə saxlanıldığı da qeyd edilib.

Öz növbəsində “Əl-Məyadin” telekanalı “Ammanda II Abdullahı hakimiyyətdən uzaqlaşdırmaq üçün hazırlanan sui-qəsdin üstü açıldı” başlıqlı xəbər yayımlayıb. Qeyd olunub ki, keçmiş vəliəhd Həmzə bin Hüseyn və bir neçə yüksək rütbəli zabit ev dustağıdırlar.

www.yenicag.az

548
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv