Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İordaniyada körüklənən TAXT SAVAŞI: Bunun da arxasından CIA çıxdı

Reklam: Sinerji Pro

İordaniyada hökm ürən siyasi xaosun Amerika Birləşmiş Ştatları (ABŞ) Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən planlı şəkildə yaradıldığı iddia edilir.

Yenicag.az xəbər verir ki, ABŞ-nin sabiq prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin hazırladığı “Yaxın Şərq sülh planı” həyata keçməsə də, İsrail və Səudiyyə Ərəbistanı arasında diplomatik yaxınlaşmanı təmin etmiş, lakin İordaniya bu plandan kənarda qalmışdı.

İordaniyada keçən həftə ölkənin təhlükəsizliyi və sabitliyinə xələl gətirdiyi üçün ev dustaqlığına alınan kral II Abdullanın ögey qardaşı, keçmiş vəliəhd şahzadə Həmzə ilə birlikdə saxlanılanlar arasında bir nəfərin adı xüsusilə diqqəti cəlb edir.

Ölkənin maliyyə naziri və Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın müşaviri olan Bəsim Əvədullah ciddi əhəmiyyətə malik şəxs hesab edilir. Çünki İordaniyanın Kuşnerin hazırladığı plandan kənarda qalması kral II Abdulla ilə bağlı idi. Yəni İordaniya daha sonra bu plana daxil ediləcəkdi, lakin bu, II Abdullanın idarə etdiyi İordaniya olmayacaqdı.

Kuşnerin planı həyata keçməsə də, bu, bölgədə müəyyən mənada güc nisbətinə təsirsiz ötüşməmişdi. Artıq ölkə daxilində sakitlik pozulmuş, kral II Abdullanı devirmək üçün çevriliş hazırlıqları başlamışdı. Hadisələr belə inkişaf edərkən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) agenti Brus Reydel də baş verənləri yaxından izləyirdi.

Reydel ABŞ prezidenti Co Bayden adminstrasiyasının güvəndiyi və bölgəni yaxşı tanıyan şəxslərdən biridir. O, Barak Obamanın prezidentliyi dönəmində Əfqanıstan və Pakistan siyasətini idarə etmək üçün qurulan komitənin sədri təyin eidlmişdi. Daha maraqlısı isə budur ki, Reydel Brukinqs İnstitutunda çalışır. Bu ona görə maraqlıdır ki, hal-hazırda bu institut ABŞ adminstrasiyasının mövcud idarəçiliyinin “skelet”i formasındadır. Yəni Bayden bugünədək əsas təyinatlarını həmin institut daxilindən həyata keçirib.

Brus Reydelin İordaniya ilə bu qədər “maraqlanmasının” səbəbi də məhz budur. Həmzə ev dustaqlığına məhkum edilməmişdən əvvəl bir qrup kəşfiyyatçının Əmmanda toplantı təşkil etməsi də bir faktdır. Reydelin də iştirak etdiyi bu toplantı barəsində İordaniya kəşfiyyatının məlumatı olmayıb. Toplantdan sonra isə məlum əməliyyat həyata keçirilərək Həmzə və digər şəxslər saxlanılmışdı. Buradan aydın olur ki, Bayden adminstrasiyası Trampdan miras qalan siyasəti davam etdirmək niyyətində olmamaqla yanaşı, eks-prezidentin planlarını da sıradan çıxarmaqla məşğuldur.

Aqil Bəkir

Loading...

www.yenicag.az

267
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100