İordaniyanın Əl-Karak şəhərində polislə silahlılar arasında baş verən atışma nəticəsində 10 nəfər ölüb onlardan 7-si polis əməkdaşı və biri kanadalı turist olmaqla, 3 mülki şəxsdir, azı 20 nəfər yaralanb.
Xüsusi əməliyyat nəticəsində Silahlıların girov götürdüyü 14 nəfər azad olunub.
“Əl-Ərəbiyə” telekanalının məlumatına görə, İordaniya xüsusi təyinatlıları 3 silahlını məhv edib, digərlərinin axtarışı davam etdirilir.
Hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.
***
İordaniyanın qərbində yerləşən Əl-Karak şəhərində polislə silahlılar arasında baş vermiş atışmada 8 nəfər ölüb, 22 nəfər yaralanıb.
Yenicag.az xəbər verir ki, ölənlərdən 5-i təhlükəsizlik qüvvələrinin əməkdaşı, 2-i mülki vətəndaş, 1-i isə Kanadadan olan turistdir.
***
İordaniyanın qərbində yerləşən Əl-Karak şəhərində naməlum qrup polis şöbəsinə və turistlərin olduğu avtobusa hücum edib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində biri kanadalı turist qadın olmaqla, 5 nəfər həyatını itirib. Atışma zamanı 9 nəfər də yaralanıb.
İordaniya hökumətinin mətbuat katibi Məhəmməd əl-Momaniyənin yerli mətbuata yaydığı məlumata görə, silahlılar girovları Əl-Qarah şəhərindəki orta əsrdən qalmış qəsrdə saxlayırlar. Mətbuat katibinin sözlərinə görə, qəsrdə 5 silahlı gizlənib. Həmin şəxslər bu gün səhər polis bölməsinə və partul maşınına hücum ediblər.
Hal-hazırda təhlükəsizlik qüvvələri girovları xilasetmə əməliyyatı həyata keçirir.
Yenicag.az