İordaniyalı müşahidəçilər: “Bir çox xalq bu cür seçki keçirilməsini arzu edər”

İordaniya parlamentinin nümayəndələri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı müşahidələrinin nəticələrinə dair brifinq keçiriblər.

Oxu.Az-ın məlumatına görə, Nümayəndələr Palatası sədrinin müavini, heyət rəhbəri Abdelrahim Faleh Obeidallah Al-Maya bildirib ki, Bakıda 14 seçki məntəqəsinə baş çəkiblər:

“Seçki xalqın azad iradəsi şəklində keçirilib. Bir çox xalq bu cür seçki keçirilməsini arzu edər. Azərbaycan xalqına bu cür demokratik seçki üçün təşəkkür edirik. Biz üzvlərimiz adından İlham Əliyevi, Azərbaycan xalqını təbrik edirik”.

O qeyd edib ki, gələcəkdə Qarabağa səfər etməyi arzu edirlər.
Nümayəndə Qazi Altunibat bildirib ki, seçki zamanı qanun pozuntusu qeydə alınmayıb.

Heyət Qarabağın işğaldan azad edilməsi ilə bağlı da Azərbaycan xalqını təbrik edib.

COP29