“iPad” üçün niyə xüsusi tətbiq hazırlanmır? – AÇIQLAMA

“Instagram”ın “Apple iPad”lərdə istifadə etmək üçün xüsusi bir tətbiqi yoxdur. Lakin istifadəçilər “iPhone” üçün hazırlanan tətbiqi kiçik bir pəncərədə açaraq “iPad”lərdə istifadə edə bilir. Lakin bu komfortlu deyil.

Yenicag.az xəbər verir ki, “Instagram” CEO-su olan Adam Mosseri “iPad”lərə özəl “Instagram” tətbiqi hazırlamadıqlarının səbəbini açıqlayıb.

O bildirib ki, bunun hazırlanmamasının əsas səbəbi tələbin çox olmamasıdır: “Dünya üzərində “iPad” istifadəçilərinin sayı məhdud olduğu üçün şirkət bura vaxt sərf etmək istəmir. Biz də “iPad” üçün bir “Instagram” tətbiqi hazırlamaq istəyirik, amma hal-hazırda daha önəmli və gəlir gətirən işlərimiz var. Onlara fokuslanmalıyıq”./Technote/