“İpək Yolu” ödülləri bu dəfə Azərbaycanda sahiblərinə təqdim olundu – FOTOLAR/VİDEO

Bakıda “16-cı İpək Yolu Azərbaycan” Müvəffəqiyyət Mükafatlandırma Mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, “Park İnn Baku” hoteldə Beynəlxalq Türksoyla “İpək Yolu” Dərgisi və “İpək Yolu” Strateji Tədqiqatlar Mərkəzi tərəfindən “16-cı İpək Yolu Azərbaycan” Müvəffəqiyyət Mükafatlandırma Mərasimi baş tutub. Hər il Türkiyədə baş tutan mükafatlandırma mərasimi bu il ilk dəfə olaraq Bakıda keçirilib.

Mərasimin açılışını edən aparıcılar Cavid Gül və Lətafət Ələkbərova öncəliklə qonaqları salamlayıb. Daha sonra Azərbaycan və Türkiyənin himnləri səsləndirilib. Mərasimdə qonaqlar Beynəlxalq Türksoyla “İpək Yolu” Dərgisinin fəaliyyətinə həsr olunan videonu izləyib. Bundan sonra təqdimetmə mərasimi açıq elan olunub.

Təltifetmə mərasimində Türkiyədən gələn qonaqlarla yanaşı, ölkənin QHT rəhbərləri, media qurumlarının nümayəndələri, dövlət və ictimai xadimlər və mədəniyyət nümayəndələri iştirak ediblər.

Bu ilki mükafatlandırma mərasimində Azərbaycan-Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı, aparıcı Cavid Gül, Həmvətənlərə Dəstək İctimai Birliyinin sədri Elmar Hüseyn, aparıcı Dilşad Əhmədova, rejissor Nasir Kərimi, müğənni Elçin Cəfərov, Azərbaycan Kərkük Mədəniyyət Mərkəzinin sədri Məlahət Qurbanova, sənətçi İsmayıl Haqqı Ərdoğmuş, təşkilatçı Tahir Məhərrəmli, Azərbaycan Dövlət Nəşriyyatının (“Azərnəşr”) direktoru Əlövsət Ağalarov, Türkiyənin Azərbaycandakı keçmiş səfiri, diplomat Hulusi Kılıç, Əməkdar Artist Məlahət Abbasova, “Həyat” fondunun rəhbəri Hacı Nuran Hüseynov, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin sədri Camal Yanğın, “KDY Logistics”şirkətinin Direktorlar Şurasının sədri Qalib Məmmədov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, deputat Məlahət İbrahimqızı, millət vəkili Hikmət Babaoğlu, telejurnalist Etibar Babayev, xalq artisti Azər Zeynalov, “ACK İnşaat” şirkətinin ptezidenti Ramazan Uğural, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İctimai Birliyinin sədri Səkinə Babayeva, “Günaydın Baku” restoranının şəriki Cüneyt Asan, MÜSİAD-ın Azərbaycan şöbəsinin idarə heyətinin sədri Abdurrahman Uzun, “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) prezidenti Azər Xəlilov, Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynli, “Veysəloğlu Grup” MMC-nin təmsilçisi Aydın Talıbov və başqaları təltif olunub.

Qeyd edək ki, bu il 16-cı dəfə təşkil olunan tədbirdə il ərzində müxtəlif sahələrdə əməyi keçən və böyük nailiyyətlər əldə edən şəxsiyyətlər bir neçə nominasiyalarda təltif olunur.

Gülşən Şərif