!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"iPhone 11 Pro Max"ın maya dəyəri nə qədərdir? - FOTO

!Reklam – Yazi

Yeni “iPhone 11 Pro Max” artıq bir sıra testlərdən keçib.

Yenicag.az xəbər verir ki, “Techinsights” sözügedən smartfonu hissələrə ayıraraq onun maya dəyərini öyrənib.

Beləliklə mütəxəssislərin hesablamalarına əsasən yeni iPhone 11 Pro Max-ın maya dəyəri 490.5$ təşkil edir. Bu isə keçən ilki iPhone XS Max-ın maya dəyərindən daha yüksəkdir. Belə ki, keçən ilki iPhone XS Max-ın maya dəyəri 443$ təşkil edir. Buna baxmayaraq smartfonun istehsal qiyməti ilə onun satış qiyməti arasındakı fərq olduğu kimi qalır. Yəni smartfon ikiqat baha qiymətə satılır.

Qeyd etmək lazımdır ki, iPhone 11 Pro Max-ın qiyməti 1099$-dan başlayır. Mütəxəssislər bildiriblər ki, sözügedən smartfonun ən bahalı hissəsi məhz üçlü arxa kameradır. Onun qiyməti 73.5$ təşkil edir. Növbəti ən bahalı komponentlər isə ekran (66.5$) və Apple A13 (64$) prosessorudur.

Yeni “iPhone”nun maya dəyəri özündə yalnız smartfonun daxili komponentlərinin qiymətlərini birləşdirir.

Yəni smartfonun maya dəyəri göstəricisinə tədqiqat, reklam və s. kimi xərclər daxil deyil.

www.yenicag.az

2540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv