!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"iPhone 12" ilə bağlı pis XƏBƏR

!Reklam – Yazi

“Apple” şirkəti növbəti flaqman model ailəsi olan “iPhone 12” üzərində işləyir.

Yenicag.az xəbər verir ki, keçən aylarda “iPhone 12″lər ilə bağlı bəzi məlumatları sızdıran “Macotakara” saytı bu səfər heç də xoş olmayan xəbərlər sızdırdı. Belə ki, yeni “iPhone 12” ailəsi görünüş olaraq “iPhone 11” ilə eyni olacaq. Yəni fərqli bir şeylər görməyə bilərik.

Yaponiya mərkəzli Macotakara saytının sızdırdığı məlumatlara görə yeni “iPhone” seriyasında “iPhone 11″dəki dizayn üslubundan istifadə ediləcək.

Əvvəlki təxminlərə görə “Apple”, ikonik “iPhone 4 və 5″dəki dizayna geri qayıdacaqdı. Ekran çərtiyi olmayacaqdı. Lakin yeni sızdırılan məlumatlarda şirkətin “iPhone 11″dəki dizayn ilə yola davam edəcəyi söylənilir. Tək fərq isə yeni iPhone-ların uzunluq və enlərində fərqin olması olacaq. Belə ki, 5.4 düymlük ekranı olan “iPhone 12”, “iPhone 8” və SE arasında bir en/uzunluğa malik olacaq. 2-ci “iPhone” modelinin ekranı 6.1 düym olacaq və “iPhone 11 Pro” ilə “iPhone 11 Pro Max” arasında ölçülərə malik olacaq. Ən böyük ekranı olacaq olan “iPhone 12” isə 6.7 düym ekran ilə “iPhone 11 Pro Max”dan daha uzun olacaq.

“iPhone 12” ailəsindəki modellərin qalınlıqları da fərqli olacaq. Ən az 1 modelin “iPhone 11 Pro”dan daha incə olması gözlənilir. Yeni modellərin bu ilin sonlarında təqdim edilməsi gözlənilir.

 

www.yenicag.az

1312
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv