“iPhone 12” modelləri nə zaman satışa çıxarılacaq? – Gecikmə təsdiqləndi

“iPhone 12” modellərinin satışları gecikəcək.

Yenicag.az xəbər verir ki, bu barədə “Apple” şirkətinin maliyyə direktoru Luca Maestri məlumat verib.

O bildirib ki, “iPhone 12”-lərin satışı bir neçə həftə gecikəcək: “Keçən il yeni “iPhone” modellərini sentyabr ayının sonunda satışa çıxartmışdıq. Bu il isə “iPhone”lar bir neçə həftəlik gecikmə ilə satışa çıxarılacaq”.