!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“iPhone 12”-nin təqdimat tarixi açıqlandı

!Reklam – Yazi

“iPhone 12” və digər “Apple” məhsullarının təqdimatı sentyabrın 15-də keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə “The Verge” nəşrinin şirkətin bəyanatına istinadən məlumatında deyilir.

Məlumata əsasən, “Apple” şirkəti illik payız tədbirinin sentyabrın 15-də Bakı vaxtı ilə saat 21:00-da “Apple Park” mənzil-qərargahında baş tutacağını elan edib.

Şirkət tərəfindən tədbirin iyunun 22-də keçirilən “WWDC 2020” konfransı kimi onlayn formatda baş tutması səbəbindən jurnalistlərə şəxsi iştirak üçün dəvətnamələr göndərilməyib. Şirkət nümayəndələri tərəfindən jurnalist və blogerlərə elektron poçt vasitəsilə göndərilən məlumatlarda təqdimat zamanı hansı məhsulların nümayiş olunacağı barədə məlumat verilməyib.

“The Verge” jurnalistləri bu il “Apple Event” tədbirinin gözlənildiyindən daha gec keçiriləcəyinə diqqət yetiriblər. Onların sözlərinə görə, bu, koronavirus pandemiyasına görə yubanmalarla əlaqədar ola bilər.

Mütəxəssislərin versiyasına görə, “Apple” şirkəti sentyabrın 15-də tədbirdə “iPhone 12” seriyalı dörd smartfon modeli, yenilənmiş “iPad Air” planşetini, “Apple Watch 6” “ağıllı” saatının iki versiyasını, “HomePod” kolonka modelinin sadələşdirilmiş versiyasını təqdim edəcək.

Yeni simsiz qulaqcıq və “Apple Silicon” prosessoru əsasında ilk kompüterin nümayişinin bir müddət sonra keçiriləcəyi gözlənilir.

www.yenicag.az

655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv