İphone-15-in satışı gecikəcək

“Apple” şirkəti İphone-15-in bütün versiyalarının satışının başlanmasını bir neçə həftə təxirə sala bilər.

Yenicag.az xəbər verir ki, bu barədə “Bank of Amerika”nın analitiki Vamsi Mohan məlumat yayıb.

Məlumata görə, mağazalarda Ayfon-15 sentyabrda deyil, yalnız oktyabrda satışda olacaq.

Bildirilib ki, bu gecikmə “Əpl”in gəlirlərini aşağı salacaq. 2023-cü ilin üçüncü rübündə “Əpl”ın faktiki ümumi gəliri gözləniləndən 2,5% az olacaq./axar.az/