Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"iPhone" istifadəçilərinə ŞAD XƏBƏR

Apple, iOS 13-ü təqdim etməsindən çox da uzun vaxt keçməməsinə baxmayaraq iOS 14 üzərində işləməyə başlayıb.

Yenicag.az xəbər verir ki, iOS 13 ilə qismən daha stabil əməliyyat sistemi təqdim edən şirkət bundan əvvəlki iOS 12-nin istifadəçilərə yaşatdığı pis təcrübəni aradan qaldıra bilmişdi.

Yeni aşkarlanan məlumatlara əsasən isə şirkət iOS 14-də olması planlanan funksiyalar üzərində artıq işləməyə başlayıb.

iOS 14 ilə birliktə Apple daha çox kameraya fokuslanacaq. Animoji və Memoji funksiyaları iPhone kameralarına inteqrasiya ediləcək.

Yeni əməliyyat sistemində animasiyalar daha da təkmilləşdiriləcək.

TrueDepth adı verilən kamera texnologiyası ilə hazırlanan hərəkətli animasiyalar isə bir başa iPhone-ların kameralarına inteqrasiya ediləcək. iOS 14 əsasən kameraya fokuslanan yenilənmə olması planlanır. Yeni əməliyyat sisteminin ənənələrə uyğun olaraq 2020-ci ildə keçirələcək Apple Worldwide Developers Conference tədbirində təqdim edilməsi gözlənilir.

Əgər təxmin olunduğu kimi olarsa, Sentyabr ayında stabil versiya iPhone-lara göndəriləcək./Technote/

www.yenicag.az

499
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100