Məşhur çinli analitik Ming-Chi Kuo gələcək nəsil iPhone modelləri barəsində məlumatlar verməyə davam edir.
Yenicag.az Techote saytına istinadən xəbər verir ki, analitikın sözlərinə əsasən 2021-ci ildə Apple şirkəti iPhone modellərini Lightning girişindən azad edəcək. Bu üsul ilə iPhone-lar Qi standartlı naqilsiz şarj texnologiyası vasitəsilə şarj olunacaqlar.
Bunun necə reallaşdırılacağı tam aydın deyil.Belə ki, şirkət heç AirPower adlı naqilsiz şarj stansiyanı satışa çıxarda bilmədi.Bundan əlavə olaraq analitik qeyd edib ki, 2021-ci ilin əvvəlində iPhone SE2 modelini də gözləmək lazımdır. Onun verdiyi məlumata əsasən həmin model iPhone SE2 Plus adlanacaq.
Smartfon 5.5 və ya 6.1 düym ekran ilə təchiz olunacaq və ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə yerləşəcək. Lakin smartfonda Face ID texnologiyası olmayacaq. Smartfon Touch ID texnologiyasına sahib olacaq. Həmin texnologiya isə Galaxy S10e smartfonundakı kimi yandırıb-söndürmə düyməsinə inteqrasiya ediləcək.