!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“iPhone” oğurluğu 40% azalıb

!Reklam – Yazi

ipone smartfonun ogurlugu azalib (1)San-Fransisko və Nyu-York şəhərlərində cinayətkarlığın artmasını smartfon oğurluğu ilə izah edirlər. Federal Rabitə Komissiyasının (FCC) məlumatına əsasən, son zamanlar vəziyyət pisləşib: hər onuncu cinayətkarlıq hadisəsi mobil qurğuların oğurluğu ilə bağlıdır. “ICTnews” elektron xəbər xidməti bildirir ki, ancaq “iPhone” istifadəçiləri üçün yaxşı xəbər var. “FCC”-nin hesabatına əsasən, “Apple” korporasiyası “iOS 7” əməliyyat sisteminə “Activation Lock” aktivləşdirmənin bloklama funksiyasını əlavə etdikdən sonra “alma” cihazlarının oğurluğu kəskin azalıb. Nəticədə, San-Fransiskoda “iPhone” smartfonunun oğurluğu 38% azalıb. 2014-cü ilin ilk beş ayı ərzində Nyu-York şəhərində “Apple” smartfonunun oğurluğu 19%, Londonda 24% azalıb. “FCC”-nin məlumatına görə, 2013-cü ildə 3,1 milyon amerikalının smartfonu oğurlanıb ki, bu da 2012-ci illə müqayisədə 1,5 milyon çoxdur.

(olaylar.az)

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv