“iPhone SE 2” haqqında yeni məlumatlar verildi

“iPhone SE 2” haqqında yeni məlumatlar ictimaiyyətlə paylaşılıb.

Yenicag.az xəbər verir ki, Məşhur analitik Ming-Chi Kuo “iPhone SE 2” barəsində məlumatlar təqdim etməyə davam edir. Yeni məlumatda o qeyd edib ki, “iPhone SE 2″nin irimiqyaslı istehsalına gələn ilin əvvəlində start veriləcək. Smartfonun 2020-ci ilin birinci rübünün sonunda satışa çıxacağı gözlənilir.

Bununla yanaşı analitik qeyd edib ki, “iPhone SE 2″də maye kristallik antenlərdən istifadə olunacaq. Bu antentlər isə öz növbələrində naqilsiz məlumat ötürülməsini daha da yüksək səviyyəyə çatdıracaqlar. Son məlumat sızıntılarına əsasən “iPhone SE 2” xarici görünüşcə “iPhone 8″ə bənzəyəcək və 4.7 düym ekrana sahib olacaq. Bununla yanaşı onun “A13 Bionic” prosessoru, 3 GB RAM və “Touch ID” texnologiyası ilə təchiz olunacağı da güman edilir.

COP29