Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“iPhone12” yenə şarj cihazı ilə satılacaq

Braziliyanın San-Paolo ştatının hökuməti “Apple” şirkəti üzərinə “iPhone12” cihazlarını elektrik yükləyicisi (adapter) ilə satmaq öhdəliyi qoyulub.

Yenicag.az ölkənin istehlakçılarının hüquqlarını müdafiə edən “Procon-SP” agentliyinə istinadla xəbər verir ki, ştatın höküməti hələ oktyabr ayında “Apple” yeni məhsulu olan “iPhone12” cihazını adapter və qulaqcıqsız satışa çıxaracaqlarını açıqladıqda “Procon-SP” şirkətə bunun səbəbinə dair sorğu göndərərək belə bir addımın istehlakçılara ziyan yetirməyəcəyini, ətraf mühitin mühafizəsi üçün zəruri olduğunu sübut etmələrini istəyib.

San-Paolo ştatının bu qərarının daha sonra bütün Braziliyaya şamil olunacağı bildirilir.

Qeyd edək ki, “Apple” şirkəti oktyabr ayında “iPhone12”ni adaptersiz və qulaqcıqsız təqdim olunacağını bildirərkən bunu ətraf mühitin mühafizəsi ilə, habelə əllərdə onsuz da “Apple” istehsalı 700 milyon qulaqcıq və 2 milyard adapterin olması ilə əsaslandırmışdı.

www.yenicag.az

207