“iPhone”dan daha bir yenilik: Görmə funksiyası necə tənzimlənəcək?

“Apple” şirkəti IOS 17 yenilənməsini dəstəkləyən “iPhone” və “iPad”lərdə yeni “Screen Distance” funksiyasını təqdim edib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu funksiya istifadəçilərin görmə qabiliyyətinin təhlükəsizliyini qorumaq üçün nəzərdə tutulub.

“Screen Distance” istifadəçinin gözləri ilə ekran arasında olan məsafəni ölçür. Yenilənməni aktiv etmək üçün, “Face ID”ni dəstəkləyən cihazlarda “Tənzimləmə” funksiyasına daxil olaraq, “Screen Time”, ardınca isə “Screen Distance” tətbiqini seçmək lazımdır.

Funksiyanı aktiv etdikdən sonra əgər cihaz üzünüzə çox yaxın məsafədədirsə, sizə dərhal cihazı gözlərinizdən aralı tutmağınız üçün bildiriş gəlir. Sözügedən funksiya həmçinin uşaqlarda göz yorğunluğunu və miopiyanın (uzağı aydın görə bilməmək problemidir) yaranmasının qarşısını almaq üçün də nəzərdə tutulub.

COP29