!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İpoteka kreditləri ilə bağlı YENİ QƏRAR: "Müəyyən maddələr arasında uyğunsuzluq olduğundan..." - Ekspertdən izah

!Reklam – Yazi

“Sözügedən proses əvvəllər də bu şəkildə həyata keçirilirdi”.

Bu sözləri Konstitusiya Məhkəməsinin ipoteka kreditləri haqqında yeni qərarını şərh edən iqtisadçı ekspert Eldəniz Əmirov Yenicag.az-a açıqlamasında qeyd edib.

O, bildirib ki, yeni qərar sayəsində bu yönümdə konkret addım atılıb:

“Konstitusiya Məhkəməsinin son qərarı bu qədər rezonans doğurmamalı idi. Onsuz da borc alan tərəfin bilavasitə öhdəliyi hər hansısa formada onun varislərinə keçir. Varislərinə keçir dedikdə, yəni bir insanın borcu olarsa, sığortalanmadıqda ölümündən sonra onun əmlakında və ya digər istiqamətdə olan ödənişlər hər hansısa formada ödənilirdi.

İpotekalı evlər məsələsinə gəldikdə isə, bu, belə deyil. Bu işlərdə sığortalama işləri – həm həyat sığortası, həm də varisin sığortası həmin şirkətlər tərəfindən təmin edilir. Məsələn, bir insan sığorta olmadan kreditlə avtomobil alır və onun vəfatından sonra həmin avtomobil vərəsəsinə qalmır. Artıq bank avtomobili geri alır. Yəni bu öhdəlik məsələsidir və girov predmeti nəzərə alınır.

Sadəcə olaraq, müəyyən maddələr arasında uyğunsuzluq olduğundan Konstitusiya Məhkəməsinin qərarı ilə bu məsələyə aydınlıq gətirilib.

Öncədən də dediyim kimi, qərar bu qədər əks sadə doğuracaq məsələ deyil. Zatən sözügedən proses əvvəllər də bu şəkildə həyata keçirilirdi. Ancaq bir az məhkəmə çəkişmələri yaranır və proseslər uzanırdı. İndi isə konkret qərar qəbul edilib”.

Yusif Səmədzadə

www.yenicag.az

371
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv