İpoteka ilə bağlı sənədlər artıq Nazirlər Kabinetindədir.
Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
Nazir qeyd edib ki, bu sənədlərlə bağlı 3-4 günə müvafiq qərar imzalanacaq.
`İlk növbədə, İpoteka Fobdunun idarəetmə strukturu dəyişdirilir. Bu gün İpoteka Fondunun yeni əsaslarla qurulması vacibdir ki, o, bazara da çıxa bilsin, vəsait cəlb etsin. Bu vəsait hesabına ölkə xaricində ipoteka kreditlərinə ehtiyacı olanlara ipoteka kreditləri təqdim edə bilsin.
İpoteka şərtlərinin sadələşdirilməsi, məbləğin artırılması nəzərdə tutulur. Manatın ucuzlaşması ilə bağlı iporeka kreditlərinin məbləğinin artırılmasına, faiz siyasətinə yenidən baxılmasına ehtiyac var`.