İpoteka və Kredit Zəmanət Fondu yaradılıb

Prezident İlham Əliyev “Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılması haqqında” prezidentin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Yenicag.az xəbər verir ki, “Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılması haqqında” prezidentin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1133; 2016, № 6, maddə 1036; 2017, № 4, maddə 525, № 7, maddə 1339; prezidentin 2017-ci il 27 noyabr tarixli 1690 nömrəli fərmanı) 1-ci, 2-ci və 7-ci hissələr, 3.1 – 3.4-cü, 3.6-cı, 4.1-ci və 5.1-ci bəndlər ləğv edilib.

Bundan başqa, 3.5-ci bənddə “Cəmiyyətin” sözü “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəzlənib.

4.8-ci bənddə “Cəmiyyətin” sözü “Fondun” sözü ilə əvəz edilib.

Nazirlər Kabineti prezidentin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb ölkə başçısına təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat verməlidir.

Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verəcək.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

COP29