Dünyanın qabaqcıl universitetlərindən biri olan “İmperial College” son 50 ildə insan beyninin kiçilməsi ilə bağlı xəbərdarlıq edib.
Yenicag.az xəbər verir ki, bu barədə məşhur professor Maykl Krouford açıqlama verib. O bildirib ki, düzgün olmayan qidalanma və pis vərdişlər ciddi İQ problemlərinə səbəb olur.
O, hətta qeyd edib ki, müasir insan beyni bizim “ilk əcdadlar”ımızın beynindən 17% kiçikdir.
Universitetin digər alimləri də professorla həmfikirdir.
Bundan əlavə, Kroufordun sözlərinə görə, beyin kütləsini artırmaq üçün qida rejimini normallaşdırmaq lazımdır.