İngilis psixoloq prof. Riçard Lin və finlandiyalı politoloq prof. Tatu Vanhanen 80 ölkədə həyata keçirtdikləri araşdırmanın nəticələrini açıqlayıblar.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırma ölkələrin orta IQ səviyyəsini müəyyənləşdirib. Nəticələrə əsasən, Honq Konq 107 xalla birinci, Cənubi Koreya 106 xalla ikinci, Yaponiya isə 105 xalla üçüncü yerdə qərarlaşıb. ABŞ-ın göstəricisi isə gözləniləndən daha aşağı olub: 98 xalla 12-ci yer.
Türkiyə, Xorvatiya və Perunun nəticələri isə eyni olub. Hər üç ölkədə orta IQ səviyyəsi 90 xal olaraq müəyyən edilib.