İqbal Ağazadə Tusi küçəsinin sakinləri ilə görüşdü – FOTOLAR 

İqbal Ağazadə Tusi küçəsində sakinlərlə görüş keçirdi. 

Yenicag.az xəbər verir ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə Tusi küçəsinin sakinləri ilə görüşdü.

Qarabağ qazisi İ. Ağazadə çıxış edərək bildirdi ki, mən heç zaman başqa namizədlər haqqında fikir bildirməmişəm:

“Amma bəzi məsələləri onlara xatırlatmaq lazımdır. Deyirlər ki, İqbal Ağazadəni əzib keçəcəyik. Bunlar başa düşmür ki, məni əzmək bu xalqı, bu seçicini əzməkdir. Sizin buna cəsarətiniz çatmaz. Sizin buna gücünüz, seçiciniz çatmaz”.

Hər fikri mseçicilər tərəfindən alqışlanan İ.Ağazadə məhəlli və ölkə problemlərindən danışıb və onların həll yollarını dilə gətirib. O bildirib ki, əgər Milli Məclisdə yenə yer alaramsa, bütün bu məsələləri hökümət qurumları qarşısında qaldıracam və həllini tələb edəcəm.

Sonda İ. Ağazadə sakinlərin suallarına cavab verib və onlara soyuq havada görüşünə gəldikləri üçün təşəkkürünü bildirib.

Qeyd edək ki, sakinlər bir nəfər kimi İ.Ağazadəni dəstəklədiklərini bildirib və seçki günü gəlib məhz ona səs verəcəklərini söyləyiblər.

COP29