Deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə Xətai rayonundakı Sabir adına kütləvi kitabxanada seçicilərlə görüş keçirib.
Yenicag.az xəbər verir ki, görüş zamanı yenə izdiham yaşanıb, hətta yüzlərlə insan görüş məkanına daxil ola bilməyib.
Çıxış edən İqbal Ağazadə bu coşqu ilə onun görüşünə gələn hər kəsə təşəkkürünü bildirib. Seçicilər arasında Manaf Ağayev, Raqub Tağıyev, Eldəniz Zeynalov kimi tanınmış sənət adamları da olub.
Qarabağ qazisi İqbal Ağazadə ölkə və məhəlli problemlərdən danışıb, parlamentdə təmsil olunandan sonra bütün bu məsələləri Milli Məclisdə qaldıracağını dilə gətirib.
Qeyd edək ki, bütün seçicilər bir nəfər kimi İqbal Ağazadəni əmin ediblər ki, seçkidə iştirak edəcək və məhz ona səs verəcəklər.