Milli Məclisin sabiq deputatı, Ümid Partiyasının sədri İqbal Ağazadə növbədənkənar parlament seçkilərində iştirak etmək üçün yenidən şansını sınayıb.
Yenicag.az-ın əldə etdiyi məlumata görə, 36 saylı Xətai dördüncü seçki dairəsindən deputat olmağa cəhd edən siyasətçinin sənədləri seçki dairəsi tərəfindən geri qaytarılıb. DSK-dan İ.Ağazadəyə sənədlərinin qaydasında olmadığı bildirilib.
Saytımızla məlumat verən mənbə bildirib ki, sabiq deputat builki seçkilərdə parlamentə seçilmək üçün mübarizəyə qoşulmaq planlarının üzərindən hələlik xətt çəkilib.
Qeyd edək ki, Ümid Partiyası növbədənkənar seçkilərdə iştirak etməklə bağlı qərar qəbul edib və İ.Ağazadə də partiyanın qərarına uyğun namizəd olmaq üçün müraciət edib.
Yenicag.az