İqlim fəalları Frankfurtda da uçuşları dayandırdı

İqlim fəallarının aksiyası səbəbindən Frankfurt Beynəlxalq Hava Limanında 50 uçuş ləğv edilib.

Yenicag.az xəbər verir ki, bu barədə hava limanının sözçüsü məlumat yayıb.

Bildirilir ki, aksiya səbəbindən müxtəlif istiqamətlər üzrə müvəqqəti dayandırılan uçuşların fəaliyyəti gecikmə ilə bərpa olunub.

Qeyd edək ki, aktivistlər iyulun 24-də Köln/Bonn hava limanında da aksiya keçirərək, 3 saat müddətinə uçuşların dayandırılmasına nail olmuşdular. Almaniya polisi 2 gündür davam edən aksiyaya görə bütün hava limanlarında təhlükəsizlik tədbirlərini gücləndirib./axar.az

COP29