!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqtidar-müxalifət dialoquna fərqli baxışlar

!Reklam – Yazi

dialoq

Aydın Mirzəzadə: “Belə görüşlərin vaxtaşırı keçirilməsi siyasi proseslərə müsbət təsir edən məsələdir”

Gülağa Aslanlı: “Müsavat görüşdə iştirak etmək haqda təşəbbüs göstərməyib və müraciət imzalamayıb”

Fazil Mustafa: “Məsələ ölkə rəhbərliyi səviyyəsində də müzakirəyə çıxarılacaq”

 Bu gün iqtidarla müxalifət arasınsa uzun fasilədən sonra dialoq baş tutdu. Görəsən, bu dialoq cəmiyyətimizə nə verəcək?

Yenicag.az saytına açıqlamasında YAP Siyasi  Şurasının üzvü Aydın Mirzəzadə belə görüşlərin faydalılıq əmsalının çox olduğunu diqqətə çatdırdı: “İqtidar partiyası bir daha nümayiş etdirdi ki, cəmiyyətin bütün təbəqələrilə fikir mübadiləsinə açıqdır. Bu istiqamətdə mövzu qadağası yoxdur.  Azərbaycanda müxtəlif fikirliyin, fərqli düşüncənin fəaliyyət göstərməsi üçün iqtidar maksimum şərait yaradıb. Müxalifət partiyaları fəaliyyət göstərir, qəzetləri çıxır. Cəmiyyətdə vətəndaşların hüquq və azadlıqları qorunur.  Seçkilərdə hər bir partiya iştirak edərək potensialını göstərir. Vaxtaşırı partiyaların dəyirmi masa arxasına yığışaraq fikir mübadiləsi etmək təklifləri səslənir.  Bu təklifə iqtidar müsbət yanaşdı və ona uyğun olaraq bu gün görüş keçirildi. Hesab edirəm ki, belə görüşlərin vaxtaşırı keçirilməsi ümumilikdə siyasi proseslərə müsbət təsir edən məsələdir. İqtidar bir daha sübut etdi ki, üzərinə düşən məsuliyyət yükünü həmişə daşımağa hazırdır”.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı iqtidarla bəzi müxalifət partiyaları arasında olan görüşü dialoq hesab etmədiyini bildirdi: “Bu görüşü bir sıra partiyaların Əli Həsənovla görüşü kimi dəyərləndirirəm.  Həmin görüşdə nələrin müzakirə olunduğu barədə heç bir məlumatım yoxdur. Görüşün nə ilə nəticələndiyi haqda məlumatlar yayılandan sonra fikrimizi bildirə bilərik. Müsavat həmin görüşdə iştirak etmək haqda təşəbbüs göstərməyib və müraciəti də imzalamayıb”.

Böyük Quruluş partiyasının başqanı Fazil Mustafa bu qənaətdədir ki, iqtidar müxalifət görüşünün  olması faydalıdır: “Çoxdandır belə bir dialoq mühiti yox idi. Bu əslində bir görüş idi və qərara alındı ki, belə bir dialoq gələcəkdə də davam etsin. Hamı tərəfindən normal qarşılandı. Ümid edirəm ki, davamlı və faydalı olacaq. Çünki orada ciddi məsələlər müzakirə olundu.  Daha çox da partiya demokratiyasının inkişafı istiqamətində fikir mübadiləsi aparıldı, təkliflər dinlənildi. Bildirildi ki, bu ölkə rəhbərliyi səviyyəsində də müzakirəyə çıxarılacaq”.

Rüfət

www.yenicag.az

773
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv