Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

İqtisad Universiteti “Bank of Baku” arasında görüş keçirilib

cb8843754c32da32ecda73d78e51afa5Bu gün Azərbaycan Dövlət İqtisad Univeristeti ilə “Bank of Baku” arasında korporativ görüş keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd ali təhsil müəssisəsi ilə bank arasında ikitərəfli münasibətləri genişləndirmək, tələbə və müəllimlərin bank sektorundakı praktiki biliklərini artırmağa dəstək verməkdir.

Tədbiri giriş sözü ilə açan ADİU-nun rektoru, professor Ədalət Muradov bildirib ki, korporativ sektorla münasibətlərin gücləndirilməsi tələbələrinin əmək bazarında layiqli mövqe tutmasına təkan verəcək.

ADİU-da hazırlanan kadrların bazarın tələblərinə tam uyğun yetişdirilməsi məqsədilə bank tərəfindən universitetin bir neçə tələbəsi üçün təqaüd proqramı nəzərdə tutulub. Tələbələrin seçimi univeristet ilə bank nümayəndələri tərəfindən aparılacaq. Bankın universitetə verəcəyi növbəti tövhə isə xüsusi auditoriyanın yaradılmasıdır. Audtiriyanın texniki təchizatı və tədris olunan fənlər üzrə kitablar da bank tərəfindən təmin olunacaq.
Görüşün yekununda ADİU ilə “Bank of Baku” arasında “Əməkdaşlıq haqqında çərçivə razılaşması” barədə sənədin imzalanma mərasimi keçirilib.

www.yenicag.az

266