İqtisad Universitetinin professoru vəfat etdi

adiu_iqtisad_universiteti_esas3Azərbaycan Dövlət İqtisad Universitetinin professoru vəfat edib.

Məlumata görə, fizika-riyaziyyat elmlər doktoru, professor Nazim Musayev dünyasını dəyişib.

N.Musayev Azərbaycan Dövlət İqtisad Universitetinin Riyaziyyat kafedrasının professor-məsləhətçisi işləyirdi.

Qeyd edək ki, Nazim Musayev 1991-2009-cu illərdə universitetin “Riyaziyyat” kafedrasına rəhbərlik edib. O, 2011-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.(report)