!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqtisadçı-ekspert: "Dilənçilər də vergi verməlidir" – VİDEO

!Reklam – Yazi

Livanda dilənçi olan Fatma Osman küçədə öldükdən sonra ölüm hadisəsinə görə şəxsiyyəti araşdırılıb. Şəxsin bank hesabında, 5,5 milyon dolların olduğu üzə çıxıb.

Vəziyyət belədir ki, indi hökümət istəyir ki, ölkədəki dilənçilərin şəxsiyyəti yoxlanılsın. Nə qədər pulları olduğunu öyrənsin və həta vergiyə cəlb edilməsi məsələsini qanuniləşdirsin.

Belə baxanda bizim ölkəmizdə də dilənçilər var, o zaman bizdə də çoxlu pul qazanan dilənçilər, vergiyə cəlb olunsun.

Vəkil Tahir Əlirzayev məsələ ilə bağlı açıqlama verib: “Dilənçilik elə bir fəaliyyətdir ki, bu fəaliyyət qanunla tənzimlənmir. Bunun adı avaralıq kimi səslənir. Avaralığa görə də qanunvericiliyimiz məsuliyyətə cəlb edir. 10 gün həbs cəzası”.

Amma həmin o dilənçiləri polislər dəfələrlə saxlasa da yenidən buraxır, onlar da yenə pul yığmaqla məşğuldur. Həm də bu ehtiyac meyarından da çoxdur. Qat-qat çoxdur. İnsanlardan bunu yığırlar, beləliklə var-dövlət yığırlar. Adi adam işləyir vergi verir, dilənçilərin də fəaliyyətləri var, deməli vergi də verməlidirlər.

İqtisadçı ekspert Razi Abbasbəyli isə məsələ ilə bağlı bunları deyib: “Daşınar, həm də daşınmaz əmlakla bağlı deklorasiyaların hazırlanması və bunların vergiyə cəlb edilməsi ilə bağlı ölkənin qanunvericilik bazası mövcuddur. Onların vətəndaşlığa alınması üçün qeydiyyat aparılmır. Müasir dövrün vergi sisteminə cəlb etmək alınmır.

Azərbaycanda da açıq-aşkar dilənçilərin şəxsiyyəti müəyənləşdirilsin, fəaliyyətlərinə hər hansısa mexanizmlə nəzarət edilsin, onlardan vergi alınsın. Onsuz da dilənçilərin əksəriyyəti işləyən deyil, nəsilliklə dilənçiliyi adət edənlərdir”.

www.yenicag.az

2023
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv