İQTİSADİ.az saytına baş redaktor təyin edildi – Fikrət Məmmədov KİMDİR?

Yenicag.az xəbər verir ki, tanınmış jurnalist Fikrət Məmmədov yeni yaradılan iqtisadi.az saytına baş redaktor təyin edilib.
Bu barədə məlumatı F.Məmmədov təsdiqləyib.
Qeyd edək ki, Fikrət Məmmədov 1982 -ci ildə anadan olub. 2003-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində  Moskva Dövlət Linqvistika Universitetində “Müasir Jurnalistika” fakultəsini bitirib. Əmək fəaliyyətinə 2000-cildə Azərbaycan Dövlət Televiziyasında başlayıb. 2005-ci ildə İctimai Televiziyada rejissor kimi işə başlamış, daha sonra bu televiziyanın Rusiyadakı xüsusi müxbiri vəzifəsini uğurla icra edib. 2013-cü ildən biznes fəaliyyəti ilə məşğul olub. Rusiyada bir sıra iri şirkətlərdə çalışmış, bir sıra nüfuzlu sahibkarlar klubunun üzvüdür.