!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqtisadi böhranın dəyərdən saldığı KRİPTOVALYUTALAR: "Kağız pullar da etimadı doğrultmur" - EKSPERT

!Reklam – Yazi

“Kriptovalyutalardan sülh və inkişaf dövründə istifadə etmək məqsədəuyğundur”.

Bu sözləri kriptovalyuta bazarında əsas yeri tutan “Bitcoin”in kəskin şəkildə ucuzlaşmasına münasibət bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, “Bitcoin”in dəyərdən düşməsinə səbəb hazırda dünyada gedən siyasi və iqtisadi proseslərdir:

“Təkcə “Bitcoin” deyil, ümumilikdə, kriptovalyutaların ucuzlaşması hazırda dünyada gedən müharibə ilə bağlıdır. İndiki şəraitdə kağız pullar da etimadı doğrultmur. Ona görə də əksəriyyət öz yatırımlarını daşınmaz əmlaka və qızıla yatırmağa çalışır. Çünki inflyasiyanın və pulların dəyərsizləşməsinin hansı səviyyəyə qədər davam edəcəyi naməlumdur. Kriptovalyutalar və “Bitcoin” isə heç nə ilə təmin olunmayan aktivlərdir və spekulyativdir. Kriptovalyutalardan sülh və inkişaf dövründə istifadə etmək məqsədəuyğundur. İndiki təhlükəli dövrdə siyasi xəritə və iqtisadi model dəyişməkdədir. Ona görə də insanlar tarixdən çıxmış, sınanmış dəyərlərə üstünlük verməyə çalışırlar. Buna torpaq, mülk və qızıla yatırım edilməsi daxildir. Hətta kağız pula belə inamla yanaşmırlar. Çünki iki dünya müharibəsində də pul dəyərdən düşmüşdü. Böyük ehtimalla hazırda da eyni vəziyyət yaşana bilər”.

Qeyd edək ki, ticarət məlumatlarına görə “Bitcoin”in dəyəri 21 iyul 2021-ci ildən bəri ilk dəfə olaraq 30 000 dollardan aşağı olub.

Gülşən Şərif

www.yenicag.az

314
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv