!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqtisadi idarəetmədə boşluqlar: "Qurumların tərkibi profesionallar deyil, qohum-əqraba prinsipi ilə formalaşdırılıb" - MÖVQE

!Reklam – Yazi

“Ölkənin iqtisadi qurumlarının tərkibi profesionallar deyil, qohum-əqraba prinsipi ilə formalaşdırılıb”.

Bu sözləri ölkənin iqtisadi vəziyyətini şərh edən Sosial Srtateji Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, iqtisadi idarəetmənin peşəkar şəkildə qurulmaması bir sıra problemlər yaratmaqla yanaşı, iqtisadi inkişafa da əngəl törətməkdədir:

“Təəssüf ki, 20 ildən bir qədər artıq müddətdə ölkəyə neft gəlirləri daxil olsa da, iqtisadiyyatın şaxələndirilməsi prosesi düzgün aparılmadı. Ölkənin iqtisadiyyatına cavabdeh olan Nazirlər Kabineti, Milli Məclisin İqtisadi Komitəsi, Prezident yanında İqtisadi Təhlil və Kommunikasiya mərkəzi və digər müvafiq qurumlar korrupsiya iqtisadiyyatına önəm verdi. Bu qurumlar prezidenti yalan və şişirtmə rəqəmlər və proqnozlar təqdim etdi. Bugünkü məmurların milyardları məhz həmin pullardır. Hansı ki, yalnız regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində son 20 ildə 100 milyard vəsait oğurlanıb və nəticədə ölkə idxaldan asılı durumdadır. Demək ki, bu illər ərzində iqtisadi sahədə normal idarəetmə komandası formalaşmayıb. Azərbaycan Avropa İttifaqı ilə idxal-ixrac proseslərini stimullaşdıran ciddi sazişlərə qoşulmayıb və bu, ölkənin normal standartlara uyğun istehsal və sertifikatlaşma imkanlarını məhdudlaşdırır və ixrac potensialını zəiflədir.

Sözügedən illər ərzində ölkədə rentabelliyi və ixraca hesablanmayan, dövlət büdcəsinin vəsaitlərini səmərəsiz xərcləmələrə məruz qoyan və istehsalı dayandırılmış obyektlər qurulub. Bu obyektlərə velosiped, musiqi alətləri, televizor, NAZ, Xəzər avtomobil, Saatlı biyan emalı kimi zavodları misal çəkə bilərik.

Təəssüf ki, ölkənin iqtisadi qurumlarının tərkibi profesionallar deyil, qohum-əqraba prinsipi ilə formalaşdırılıb. Bu gün ölkənin bütün dövlət strukturları bir-biri ilə qohum-qudadır və onlar böyük korrupsiya aparatı qurublar. Ölkədə azad rəqabət elementlərinin olmaması, vətəndaş cəmiyyətinin sıradan çıxarılması ciddi problem yaradıb. Əgər bu istiqamətlər üzrə ciddi islahatlar aparılarsa, ölkə olaraq idxal edən ölkədən ixrac edən ölkəyə çevrilə bilərik”.

Gülşən Şərif

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv