!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

İqtisadi risklərin artması dollara necə təsir edəcək?

!Reklam – Yazi

Beynəlxalq bazarlarda ucuzlaşan dollar siyasi və iqtisadi risklərin artması ilə yenidən yüksələ bilər.

Yenicag.az “Bloomberg”ə istinadən bildirir ki, bu həftə ABŞ-də açıqlanacaq inflyasiya məlumatlarının aşağı olacağı proqnozu dolların yüksəlməsinə səbəb olub. Hətta dolların getdikcə bahalaşacağı ehtimal olunur.

Dolların bəzi inkişaf etmiş və inkişaf etməkdə olan valyutalar qarşısında kursunu izləyən “Bloomberg” dollar indeksi iyulun 14-də pik nöqtəsindən təxminən 3,5 faiz aşağı düşüb.

Bəzi ekspertlərə görə, Avropada enerji çatışmazlığı, mümkün ərzaq böhranı və tənəzzül təsirləri səbəbindən avronun dollar qarşısında zəifləməsi davam edəcək.

Kanadanın “Monreal” Bankının Qlobal Valyuta Strategiyaları direktoru Qreq Anderson isə tənəzüllə bağlı narahatlıqların sona çatacağını düşünür.

“Qarşıdakı üç ayda bu narahatlıqları yenidən gündəmə gətirəcək bəzi şoklar görə bilərik. Bu halda dollar indeksində yeni zirvə sınaqdan keçirilə bilər”, – deyə Qreq Anderson açıqlamasında deyib.

Gülşən

www.yenicag.az

291
Ads
www.veteninfo.com
!Reklam – Arxiv