İqtisadi Şurada növbədənkənar iclas: Prezidentin tapşırıqları müzakirə olundu

İqtisadi Şuranın növbədənkənar iclası keçirilib.

Nazirlər Kabinetindən Yenicag.az-a verilən məlumata görə, İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Prezidentinin tapşırıqlarından irəli gələn iqtisadi siyasət və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda gündəlikdəki məsələlər üzrə Şura üzvlərinin rəy və təklifləri dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.