İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Mayklla görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə nazir “Facebook” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir:
“Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Sara Mayklla DB ilə səmərəli əməkdaşlıq, birgə layihələrin icra vəziyyəti, yeni təşəbbüslər və perspektivlər barədə müzakirə apardıq”.