İqtisadiyyat Nazirliyi dəftərxana ləvazimatları, təsərrüfat malları, işlək materiallar və avadanlıqlara xidmət işlərinin satın alınması məqsədilə açıq tender elan edib.
Yeniçağ.Az xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Tender 4 lot üzrə keçirilir, iştirak haqqı isə 100 manatdır.
İddiaçılar tenderdə iştirak etmək üçün tələb olunan sənədləri aprelin 7-i saat 17:00-dək, tender təklifi və bank zəmanətini isə aprelin 17-i saat 17:00-a qədər İqtisadiyyat Nazirliyinə (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi,84, Hökumət Evi) təqdim etməlidirlər.
İddiaçıların təklif zərfləri aprelin 18-i saat 12:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.
Yeniçağ.Az
www.yenicag.az