İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları açıqlandı

2021-ci il üzrə İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının adları məlum olub.

Yenicag.az xəbər verir ki, mükafata Kanada-ABŞ iqtisadçısı Devid Kard, həmçinin ABŞ-dən olan araşdırmaçılar Coşua Anqrist və Qvido İmbens layiq görülüblər.

Məlumata görə, Devid Kard “əməyə qənaətdə empirik töhfəsinə”, Coşua Anqrist və Qvido İmbens isə “səbəb-nəticə əlaqələrinin analizinə metodiki töhfələrinə” görə layiq görülüblər.