!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İradə Gülməmmədova üçün təklif olunan AQİBƏT: “Abşeronu dağıdıb, onu həbs etmək lazımdır” - Partiya sədri

!Reklam – Yazi

“Gəlsin, yesin-dağıtsın, sonra da getsin, bunu heç kim qəbul etməz”.

Bu fikirləri prezident İlham Əliyevin yanvarın 19-da imzaladığı sərəncam əsasında İradə Gülməmmədovanın Abşeron rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsini dəyərləndirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İradə Gülməmmədova törətdiyi əməllərə görə qanun qarşısında cavab verməlidir:

“Öncə qeyd etmək lazımdır ki, icra başçılarının vəzifəyə təyin və ya azad olunmaları prezidentin müstəsna səlahiyyətinə aid məsələdir. Dövlət başçısı kadrları tanıyır və belə təyinatlarla bağlı uyğun bildiyi qərarı qəbul edir.

Əsas olan budur ki, Abşeron camaatının canı o xanımdan qurtuldu. Ancaq elə-belə buraxılmamalı, həbs edilməlidir. Ona görə ki, Abşeron rayonunda böyük yeyintilər, cinayətlər var. O halların araşdırılması üçün təcili cinayət işi açılmalı və İradə Gülməmmədova barəsində tədbir görülməlidir. Yoxsa gəlsin, yesin-dağıtsın, sonra da getsin, bunu heç kim qəbul etməz”.

A.Zeynalov

www.yenicag.az

1776
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv